​Rusiyanın İrəvandakı hərbi bazasında pilotlara təlim kursları keçirilir

Region
  • 10 fevral, 2015
  • 10:35
​Rusiyanın İrəvandakı hərbi bazasında pilotlara təlim kursları keçirilir

Bakı. 10 fevral. REPORT.AZ/ İrəvanda Rusiyanın "Erebuni" hərbi aviasiya bazasında pilotların mürəkkəb hava şəraitində 4-5 km hündürlükdə uçuş təlimi kursları keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənubi Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

"Pilotlar hazırlığı dördüncü nəsil "MiQ-29" qırıcılarla keçirlər. Kurs fevralın sonunadək davam edəcək", - məlumatda bildirilib.

Xəbərdə qeyd olunub ki, bu kursu başa vurduqdan sonra pilotlara müasir qırıcılarla hava döyüşləri təlimləri də keçiriləcək.