Rusiyanın endirdiyi zərbələr nəticəsində Donetsk vilayətində 12 nəfər yaralanıb

Region
  • 07 iyul, 2026
  • 12:06
Rusiyanın endirdiyi zərbələr nəticəsində Donetsk vilayətində 12 nəfər yaralanıb

Ukraynanın Donetsk vilayətində qəza-bərpa işləri aparılarkən təmir briqadası Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

"Hücum nəticəsində 12 işçi yaralanıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb və onlara bütün lazımi tibbi yardım göstərilir", – qurumdan bildirilib.

Energetika Nazirliyinin məlumatına görə, iyulun 7-si səhər saatlarına olan vəziyyətə əsasən, hərbi əməliyyatlar və enerji obyektlərinin atəşə tutulması nəticəsində Dnepropetrovsk, Donetsk, Sumı və Xerson vilayətlərində elektik təhcizatında fasilələr yaranıb.

Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Sumı vilayətində 20 yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda bərpa işləri aparılır.

44 - Tezliklə