Rusiyada YDM-də partlayış nəticəsində xəsarət alanların sayı artır

Region
  • 14 iyun, 2021
  • 23:41
Rusiyada YDM-də partlayış nəticəsində xəsarət alanların sayı artır

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərdən 35-ə çatıb.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə təcili xidmətlərdəki mənbə məlumat yayıb.

“Otuz beş nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Onlardan 20-i xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-nun vəziyyəti ağırdır. Daha 10 nəfər orta dərəcəli xəsarət alıb. Eyni zamanda 16 nəfərə ambulator tibbi xidmət göstərilib”, - mənbə deyib.

Xəstəxananın həkimlərindən biri bildirib ki, zərərçəkənlərin hamısı yanıq xəsarətləri alıb. Onlar arasında 10 yaşlı uşaq da var.

Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində yanğın dünən baş verib.