Rusiyada texnikumda baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB
- 11 fevral, 2026
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Krasnodar diyarında, Anapadakı texnikumların birində baş verən atışma nəticəsində mühafizəçi ölüb.
"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniyamin Kondratyev sosial şəbəkələrdə məlumat yayıb.
"Hazırda bir ölən var. Mühafizəçi zərbəni ilk öz üzərinə götürüb", - o qeyd edib. Onun sözlərinə görə, mühafizəçi operativ reaksiya verib, cinayətkarın binaya girişini bloklayıb və hüquq-mühafizə orqanları əməkdaşlarını çağırmağa macal tapıb.
Məlumata görə, tələbə təhsil müəssisəsinin foyesində naməlum silahdan atəş açıb, o saxlanılıb.
Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, üç nəfər yaralanıb. İki nəfər orta ağırlıqlı xəsarət alıb.
Krasnodar diyarının Anapa şəhərində (Rusiya) sənaye texnikumunun yaxınlığında atışma baş verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
İlkin məlumatlara görə, dörd nəfər xəsarət alıb. Yaralananlardan biri ağır vəziyyətdədir.
Hadisə yerində təcili yardım maşınları növbə çəkir.