Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı artıb

Region
  • 29 avqust, 2021
  • 09:13
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı artıb

Rusiyada son sutkada daha 19 286 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 882 827 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 799 nəfər artaraq 181 637-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 148 250 nəfər sağalıb.

44 - Tezliklə