Rusiyada mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

Region
  • 24 sentyabr, 2016
  • 01:31
Rusiyada mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiyada baş vermiş yol qəzasında 8 nəfər xəsarət alıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Zabaykalye ərazisində baş verib.

Belə ki, "Mitsubishi Pajero" avtomobilinin mikroavtobusla toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanlar arasında uşaq da var.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətinin yaydığı məlumata görə, yaralılar Qazimursk xəstəxanasına aparılıb. 

44 - Tezliklə