Rusiyada koronavirusdan sağalanların sayı 4 milyona yaxınlaşır

Region
  • 12 mart, 2021
  • 08:02
Rusiyada koronavirusdan sağalanların sayı 4 milyona yaxınlaşır

Rusiyada son bir gündə daha 9 794 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 370 617 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 486 nəfər artaraq 91 220-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 973 029 nəfər sağalıb.

44 - Tezliklə