Rusiyada koronavirusdan ölənlərin sayı 83 630-a çatıb

Region
  • 22 fevral, 2021
  • 08:03
Rusiyada koronavirusdan ölənlərin sayı 83 630-a çatıb

Rusiyada son bir gündə daha 12 604 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 177 330 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 337 nəfər artaraq 83 630-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 726 388 nəfər sağalıb.

44 - Tezliklə