Rusiyada gündəlik yoluxma sayı 10 000-dən aşağı düşdü

Region
  • 09 mart, 2021
  • 08:03
Rusiyada gündəlik yoluxma sayı 10 000-dən aşağı düşdü

Rusiyada son bir gündə daha 9 445 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 342 474 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 336 nəfər artaraq 89 809-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 932 177 nəfər sağalıb.

44 - Tezliklə