Rusiyada FTX binasında partlayış törədənin şəxsiyyəti məlum olub - FOTO

Region
  • 31 oktyabr, 2018
  • 10:00
Rusiyada FTX binasında partlayış törədənin şəxsiyyəti məlum olub - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti üzrə idarəsinin binasında baş vermiş partlayışa dair terror hücumu və qanunsuz silah-sursat saxlamağa dair maddələr üzrə cinayət işi başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, komitənin yaydığı məlumata əsasən, binaya partladıcı qurğunu 17 yaşlı yeniyetmə gətirib: “Naməlum şəxs binaya daxil olaraq çantasından çıxardığı əşya əlində partlayıb. Cinayəti törədən şəxs yerində keçinib”.

Qeyd edək ki, hadisə nəticəsində FTX-nin 3 əməkdaşı xəsarət alıb.