Rusiyada əcnəbilərlə nikahların sayı iki dəfə artıb
- 08 aprel, 2015
- 02:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 aprel. REPORT.AZ/ Rusiyanın Sverdlovsk vilayətində xarici dövlətlərin vətəndaşları ilə nikaha daxil olma halları iki dəfə artıb.
"Report" xəbər verir ki, Rusiya VVAQ-nın vilayət idarəsinin rəisi Tatyana Kuznetsovanın TASS-a verdiyi məlumata görə, siyahıya Tacikistan vətəndaşları liderlik edirlər.
"Ən çox millətlərarası nikahlar Tacikistan vətəndaşları ilə qeydə alınıb - 712 nikah. 2013-cü ildə yalnız 289 nikah olub. İkinci yerdə Azərbaycan (388 nikah), üçüncü yerdə Özbəkistan (239 nikah) qərarlaşıb. 2014-cü ildə biz xarici dövlətlərin vətəndaşları ilə ümumilikdə 2256 nikah qeydə almışıq. 2012-ci ildə belə nikahlar 1038 olub, beləliklə, biz iki dəfə artım qeydə almış oluruq", - deyə Kuznetsova bildirib.
O, artımın səbəblərini izah etməkdə çətinlik çəkib.