Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq
Futbol
- 04 oktyabr, 2026
- 11:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun sabiq yarımmüdafiəçisi Riyad Mahrez Qətərin "Əl-Şamal" komandasına keçəcək.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 35 yaşlı əlcəzairli oyunçu ilə qısamüddətli müqavilə imzalanacaq.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" kollektivindən ayrılan futbolçu hazırda azad agent statusundadır. O, ötən mövsüm bu komandanın heyətində bütün turnirlərdə 44 matçda meydanda olub, 8 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli idmançı daha əvvəl "Mançester Siti" ilə yanaşı, İngiltərənin "Lester" və Fransanın "Havr" klublarının da şərəfini qoruyub.
Futbolçu iyulda Əlcəzair millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
Son xəbərlər
14:56
Foto
Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur
Sosial müdafiə14:53
Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4
Fərdi14:49
Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2
Fərdi14:32
Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
İKT14:30
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
Qarabağ14:27
Ötən gün axtarışda olan 84 nəfər tutulub
Daxili siyasət14:18
ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb
Digər ölkələr14:15
Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
Sənaye14:05