Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri ABŞ-a səfər edib

Region
  • 30 yanvar, 2018
  • 14:46
Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri ABŞ-a səfər edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin Vaşinqtona səfər edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

Onun sözlərinə görə, S.Narışkin Vaşinqtonda həmkarları ilə məsləhətləşəmələr keçirib: “Terrorçuluğa qarşı birgə mübarizənin problemləri müzakirə edildi. Biz 2014-cü ildən təmas saxlayırıq. Əlbəttə, futbol üzrə dünya çempionatında birlikdə işləmək fikrindəyik”.