Rusiya və İranın XİN başçıları sanksiyalara qarşı mübarizə haqqında sənəd imzalayıblar

Region
  • 05 dekabr, 2023
  • 12:52
Rusiya və İranın XİN başçıları sanksiyalara qarşı mübarizə haqqında sənəd imzalayıblar

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian ikitərəfli danışıqlardan sonra Qərbin sanksiyalarına qarşı mübarizə aparılmasına dair saziş imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

İmzalanma H.Ə.Abdullahianın Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirakı çərçivəsində baş tutub.

44 filmi