Rusiya və İran Xəzər dənizində turistik əlaqənin yaradılmasını müzakirə edib

Region
  • 23 noyabr, 2018
  • 11:32
Rusiya və İran Xəzər dənizində turistik əlaqənin yaradılmasını müzakirə edib
Fotolia / ekipaj

Bakı. 23 noyabr. REPORT.AZ/ İran və Rusiya Xəzər dənizi üzrə turistik əlaqənin yaradılmasını müzakirə edib.

"Report" "Sputnik Iran"a istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami bildirib.

"Rusiyanın nəqliyyat naziri ilə danışıqlarda səsləndirilən təkliflərdən biri də İran və Rusiya limanları arasında sərnişinləri dəniz yolu ilə daşımağa imkan verəcək dənizdə turistik əlaqənin yaradılması olub", - M.Eslami söyləyib.

Nazir qeyd edib ki, Rusiya tərəfi bu təklifə müsbət yanaşıb.