Ermənistan üçün Rusiya taxılı yüklənmiş 15 vaqon bu gün Azərbaycandan Gürcüstana çatdırılacaq

Region
  • 05 noyabr, 2025
  • 13:36
Ermənistan üçün Rusiya taxılı yüklənmiş 15 vaqon bu gün Azərbaycandan Gürcüstana çatdırılacaq

Rusiya taxılı yüklənmiş 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana çatdırılacaq və daha sonra Ermənistana göndəriləcək.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Cənubi Qafqaz Dəmir Yolu"nun baş direktoru Aleksey Melnikov mətbuat konfransında bildirib.

"Taxıl artıq yoldadır və yaxın vaxtda Ermənistan ərazisinə çatacaq", - o qeyd edib.

A.Melnikovun sözlərinə görə, dəmir yolu üçün çox vacib, demək olar ki, yeni bir tarix yazılır: "Qazaxıstan taxılı bu gün Rusiya ərazisindən Azərbaycan ərazisinə daxil olacaq və artıq yaxın günlərdə Ermənistana çatacaq. Dəmiryolçular olaraq, bu, o cümlədən bundan sonra Ermənistana Qazaxıstandan, digər ölkələrdən, Rusiyadan yüklərin çatdırılması imkanının olması faktı bizim üçün çox vacib hadisədir".

Son xəbərlər

Bütün Xəbər Lenti