Qara dənizdə Rusiya gəmisi dron hücumuna məruz qalıb - YENİLƏNİB
- 02 dekabr, 2025
- 13:56
Rusiyadan Gürcüstana günəbaxan yağı yükü daşıyan "MIDVOLGA-2" tankeri Türkiyə sahillərindən 80 mil məsafədə PUA hücumuna məruz qalıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rosmorreçflot" məlumat yayıb.
"Nəticədə gəminin üst hissələrinə kiçik ziyan dəyib, su sızması baş verməyib. Xəsarət alan yoxdur", - qurumdan bildirilib.
Gəmi və onun sahibi ilə əlaqə qurulub.
"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir", - məlumatda qeyd olunub.
Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.
13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb.
Qeyd edilir ki, gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir.