Putin START müqaviləsində iştirakın dayandırılmasına dair layihə Dumaya təqdim edib

Region
  • 21 fevral, 2023
  • 19:03
Putin START müqaviləsində iştirakın dayandırılmasına dair layihə Dumaya təqdim edib

Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Volodinin sözlərinə görə, Duma qanun layihəsinə fevralın 22-də baxacaq.

Müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur. Rusiyanın START-3-də iştirakını dayandırmaq qərarına gəlincə, Putin bir gün əvvəl Federal Məclisə müraciətlə çıxış edib.