Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” elan edib

Region
  • 13 dekabr, 2018
  • 08:52
Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” elan edib
Mariya Zaxarova

Bakı. 13 dekabr. REPORT.AZ/ "Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Slovakiyanın Moskvadakı səfirinə dekabrın 11-də məsələyə dair uyğun nota təqdim edilib”, - o vurğulayıb. 

M.Zaxarova deyib ki, kişi diplomat iki gün ərzində Rusiya ərazisini tərk etməlidir.

Qedy edək ki, noyabrın 22-də Slovakiya rusiyalı diplomatı casusluqda ittiham edərək “arzuolunmaz şəxs” elan etmişdi.