Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq - YENİLƏNİB

Region
  • 09 avqust, 2023
  • 13:11
Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq - YENİLƏNİB

“Şimali Kiprdə Rusiya konsulluğunun açılması yaxşı olar”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.

O bildirib ki, Şimali Kiprdə xeyli rus var:

“Əlbəttə, burada fəaliyyət göstərmələri normaldır”.

16:16

Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) konsulluq xidmətləri göstərməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bununla da Rusiya Şimali Kiprdə yaşayan vətəndaşları üçün xidmət göstərəcək.

Hesablamalara görə, bu gün Şimali Kiprdə 50 mindən çox rus yaşayır.