Rusiya ordusu Zaporojyeyə hücum edib: 2 nəfər ölüb, 21 nəfər yaralanıb

Region
  • 11 avqust, 2023
  • 07:04
Rusiya ordusu Zaporojyeyə hücum edib: 2 nəfər ölüb, 21 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinə hücum edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasından bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 2 qadın həlak olub, 21 nəfər isə yaralanıb.

Yaralananlardan 4-nün azyaşlı olduğu bildirilib.