Rusiya ərazisinə giriş qadağası qoyduğu Aİ nümayəndələrinin siyahısını genişləndirib

Region
  • 31 oktyabr, 2025
  • 22:36
Rusiya ərazisinə giriş qadağası qoyduğu Aİ nümayəndələrinin siyahısını genişləndirib

Rusiya 19-cu sanksiyalar paketinin təsdiqlənməsinə cavab olaraq bir sıra Avropa qurumlarının və Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrinə giriş qadağası tətbiq edib.

Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

"Bu qeyri-dost hərəkətlərə cavab olaraq, Rusiya tərəfi ölkəmizə girişi qadağan edilmiş Avropa qurumlarının, Aİ-yə üzv dövlətlərin və bir sıra Avropa ölkələrinin nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib", - məlumatda deyilir.

Siyahıya güc strukturlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşları, eləcə də Rusiyanın Ukraynaya hərbi dəstək göstərilməsində iştirakını hesab etdiyi Aİ ölkələri və digər Qərb dövlətlərinin vətəndaşları daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti