Rusiya Niderlandın 14 diplomatını "arzuedilməz şəxs" elan edib
Region
- 19 aprel, 2022
- 12:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Niderlandın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğunun 14 əməkdaşını “arzuedilməz şəxs” elan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, aprelin 19-da Niderlandın Rusiyadakı səfiri Xilles Arno Besxoor Plux Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı diplomatların Niderlanddan çıxarılması ilə bağlı etiraz notası təqdim olunub.
Məlumata görə, niderlandlı diplomatlar 14 gün ərzində Rusiya ərazisini tərk etməlidir.
Xatırladaq ki, daha əvvəl Niderland Rusiyanın 17 diplomatını “persona non qrata” elan edib. Onlar Rusiya kəşfiyyatına işləyərək krallığın təhlükəsizliyini təhdid etməkdə şübhəli bilinib.
Son xəbərlər
12:34
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya
12:31
Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Sənaye
12:25
Foto
AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Futbol
12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:19
Əhliman Əmiraslanov: Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib
Sağlamlıq
12:17
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Hərbi
12:15
ABŞ-də ticarət mərkəzində atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Digər ölkələr
12:00
Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Digər ölkələr
12:00
Video
Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə
Qarabağ