Rusiya ordusu son sutkada Ukraynaya məxsus 158 PUA-nı zərərsizləşdirib

Region
  • 01 sentyabr, 2024
  • 06:15
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 158 PUA-nı zərərsizləşdirib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) 24 saat ərzində Ukraynanın 158 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri Rusiyanın 15 bölgəsinə hücumu dəf edib”, - məlumatda vurğulanıb.