Rusiya FŞ: "Ukraynaya "Patriot" verilməsi ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirilə bilər"

Region
  • 22 dekabr, 2022
  • 08:26
Rusiya FŞ: Ukraynaya Patriot verilməsi ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirilə bilər

“ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri verərsə, bu, Vaşinqtonun müharibədə birbaşa iştirakı kimi qiymətləndirilə bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev teleqramda yazıb.

O bildirib ki, Ukraynaya “Patriot”lar verilərsə, Rusiyanın bunu ABŞ-ın müharibədə birbaşa iştirakına doğru addım atması kimi qəbul etməyə tam haqqı var.

Qeyd edək ki, dekabrın 21-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olub. Görüşdə “Patriot”ların Ukraynaya tədarükü məsələsi də müzakirə edilib.