Rusiya Dneprə raket zərbələri endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Region
  • 26 may, 2023
  • 09:23
Rusiya Dneprə raket zərbələri endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

O bildirib ki, şəhərdəki klinikaya raket zərbələri nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Dağıntılar aradan qaldırılır.

44 - Tezliklə