​Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb

Region
  • 14 aprel, 2015
  • 13:02
​Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsi (CHD) moto-atıcı tağımların Ermənistandakı Alagəz hərbi bazasında taktiki təlimlər keçirir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ruisya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, min nəfərdən çox hərbçinin iştirak etdiyi təlimlərə 300-ə yaxın hərbi texnika, o cümlədən artilleriya qurğuları, minaatanlar, hava hücumundan müdafiə silahları cəlb olunub. Təlimlər bir həftə davam edəcək.

Cənub Hərbi Dairəsinin təlimləri qoşunların qışdan sonrakı dövrdə hazırlığının yekun yoxlanılması çərçivəsində keçirilir.