Rubinyan müxalifətə çağırış etdi: Seçkilərin nəticələrini tanımırsınızsa, mandatı almayın

Region
  • 16 iyun, 2026
  • 16:04
Rubinyan müxalifətə çağırış etdi: Seçkilərin nəticələrini tanımırsınızsa, mandatı almayın

Ölkədə parlament seçkilərinin nəticələrini tanımayan müxalifət qüvvələri deputat mandatı almamalıdırlar.

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifət özünü buraxmalıdır: "Biz əvvəldən hesab edirdik ki, bu qüvvələrin qeydiyyatı ləğv edilməli idi, çünki onlar seçki rüşvəti paylamaqla məşğul idilər".

R.Rubinyan qeyd edib ki, "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırmır: "Seçkilərin nəticələrinə gəlincə, biz seçkilərin ləğv olunmasını istəmirik. Çünki parlament çoxluğu legitimdir, səslərimiz legitimdir və biz hökuməti formalaşdıracağıq".