Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

Region
  • 26 fevral, 2026
  • 17:31
Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, Prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti