Qriqoryan: Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
- 03 noyabr, 2025
- 17:58
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri yaxın vaxtlarda Azərbaycana cavab səfəri edəcəklər.
"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən beynəlxalq konfransda bildirib.
O xatırladıb ki, bu il oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak üçün Ermənistana səfər edib:
"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri edəcəkləri gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına qədər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı etimad və anlaşmanın, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün güclənməsinə töhfə verəcək".