Qriqoryan: Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir

Region
  • 15 sentyabr, 2025
  • 13:53
Qriqoryan: Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir

Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün İrəvanda "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" adlı beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, ölkə avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalardan sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları nəzərə almalıdır.

A.Qriqoryanın sözlərinə görə, 2020-ci ilin payızına qədər və sonrakı dövrdə Ermənistanın böyük ümidlər bəslədiyi təhlükəsizlik sistemi həyat qabiliyyətli olmayıb.

"Avqustun 8-də (Vaşinqtondakı sammit - red.) ümumiyyətlə bizim təhlükəsizlik mühitimiz dəyişdi. Buna görə də bu məqamı müzakirə etməliyik", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti