Qırğız Respublikasının baş naziri istefa verib
Region
- 11 aprel, 2016
- 08:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 aprel. REPORT.AZ/ Qırğız Respublikasının baş naziri Temir Sarıyev istefa verib.
"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bunu o, hökumətin növbədənkənar iclasında açıqlayıb.
"Məni istefa verirəm. Bunu prezident də bilir. Bu addımım işlərin stabilləşməsinə yardım edəcək. Bu vəzifə qarşıdurmanın yaranmasına səbəb olmamalıdır", - Temir Sarıyev bildirib.
Qeyd edək ki, o, ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edir.
Məlumata görə, baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan olunan tenderdə yaranan narazılıqdır. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edirdi.
Son xəbərlər
18:24
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Hərbi
18:21
AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb
Maliyyə
18:21
Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb
Maliyyə
18:19
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Xarici siyasət
18:17
Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb
Maliyyə
18:14
Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 60 % artıb
Maliyyə
18:14
AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
Maliyyə
18:09
"Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib?
Analitika
18:08
AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır
Maliyyə