Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 18:17
Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb

Bu ilin I yarısında Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 18 % və yaxud 472 milyon manat azalaraq bu il iyulun 1-nə 2,1 milyard manata düşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, müştəri aktivlərində azalmanın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 25 % (552 milyon manat) azalaraq 1,7 milyard manat təşkil edib.