Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 700-ə çatır

Region
  • 27 aprel, 2020
  • 05:22
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 700-ə çatır

Qırğız Respublikasında daha 13 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 695-ə yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 395 nəfər isə virusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 510 nəfəri sağalıb, 207 008 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə