Qərbi Azərbaycan Xronikası: 120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd

Region
  • 11 noyabr, 2025
  • 23:42
Qərbi Azərbaycan Xronikası: 120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd" adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayraməli qışlağı, Baytar, Bakər və Bala Zağa toponimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi hayların daim əsas hədəfi olmaqla yanaşı, həm də gizli planı olub.

Vurğulanır ki, Qərbi Azərbaycan ərazisinə süni yerləşdirilən ermənilərin azərbaycanlılara məxsus toponimlərin yaddan çıxarılmasına yönəlmiş məqsədli plan və siyasəti təbii ki, çirkin düşüncənin nəticəsidir: "Lakin indiki Ermənistanda mövcud olmuş Azərbaycan toponimləri haqqında həqiqətlərin gizlədilməsi, tarixi adların üstündən xətt çəkilməsi ilə bağlı məlumatlar qaranlıqda qala bilməz. Çünki bu adları yadlaşdırmaqla xalqın yaddaşından silmək mümkün deyil".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: 120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd

Son xəbərlər

Bütün Xəbər Lenti