Qazaxıstanda Transxəzər marşrutu üzrə yükdaşımalar 64 % artıb

Region
  • 19 noyabr, 2026
  • 15:34
Qazaxıstanda Transxəzər marşrutu üzrə yükdaşımalar 64 % artıb

Bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının həcmi 64 % artaraq 57,3 min iyirmi fut ekvivalentə (TEU) çatıb.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə konteyner daşımalarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 % artaraq 1,234 milyon TEU təşkil edib.

Xüsusilə, Çin - Avropa - Çin marşrutu üzrə 404 min TEU daşınıb, bu da ötənilki göstəricidən 4,8 % çoxdur. Çin - Rusiya - Çin istiqaməti üzrə həcm 454 min TEU-ya çatıb, Çin - Mərkəzi Asiya - Çin üzrə isə 213,4 min TEU təşkil edib.

Ölkənin tranzit potensialının gələcək inkişafı məsələləri dəmir yolu sahəsinin nümayəndələri və yük operatorlarının iştirakı ilə Almatıda keçirilən müşavirədə müzakirə olunub.

Konteyner qatarlarının sürətinin artırılmasına, vaqonların dövriyyə vaxtının azaldılmasına və dəmir yolu infrastrukturundan istifadənin səmərəliliyinin yüksəldilməsinə xüsusi diqqət yetirilib.

44 filmi