Qazaxıstanda MSK prezident seçkiləri üçün ilk namizədi qeydə alıb

Region
  • 03 may, 2019
  • 06:03
Qazaxıstanda MSK prezident seçkiləri üçün ilk namizədi qeydə alıb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək prezident seçkiləri üçün ilk namizəd kimi qeydə alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, komissiya katibi Sabila Mustafina Tokayevin təqdim etdiyi bütün sənədlərin MSK-nın tələblərinə uyğun olduğunu açıqlayıb.

Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək.

Xatırladaq ki, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev prezident seçkilərindəki "Nur Otan" Partiyasından Tokayevin namizədliyini irəli sürüb.