Qazaxıstanda koronavirus qurbanlarının sayı 10-u keçdi

Region
  • 13 aprel, 2020
  • 06:55
Qazaxıstanda koronavirus qurbanlarının sayı 10-u keçdi

Qazaxıstanda daha 1 nəfər koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Komissiyasının Operativ Qərargahı məlumat yayıb.

Hadisə Şərqi Qazaxıstan əyalətində qeydə alınıb: “Ölən pasiyent 1979-cu ildə anadan olub. Bununla da pandemiya qurbanlarının sayı 11-ə çatıb”.

Məlumata görə, ölkədə 972 nəfər virusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 879 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə