Qardabanidə avtoqəza olub, 7 nəfər ölüb, 1-i xəsarət alıb

Region
  • 14 may, 2026
  • 14:46
Qardabanidə avtoqəza olub, 7 nəfər ölüb, 1-i xəsarət alıb

Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda avtoqəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə Qardabani–Rustavi yolunda qeydə alınıb.

Avtoqəza nəticəsində Birlik kəndindən olan iki qardaş - Şamil və Kamil Əliyevlər və onların qohumlarının - Əlil və Sahir Cəlilovların həyatını itirdikləri məlum olub. Ölənlərin Saqarejo rayonundan olan digər gənclərlə birlikdə avtomobildə olduqları bildirilir.

Məlumata görə, Şamil 17, Kamil isə 19 yaşında olub. Yerli sakinlər onların valideynlərini erkən itirdiklərini və nənə-baba himayəsində böyüdüklərini bildirirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, istintaq tədbirləri davam etdirilir. Mərhumların meyitləri üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Yaralı gəncin vəziyyətinin kritik olduğu bildirilir.

Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Birliki kəndində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaqa başlayıb. Bu maddə yol hərəkəti və istismar qaydalarının pozulması nəticəsində insanların ölümünə səbəb olan halları nəzərdə tutur.

Qəzada həyatını itirənlərin Yormuğanlı (Qaraçöp) bölgəsindən olan şəxslər olduğu iddia edilir.