Qazaxıstan iki tankerə PUA hücumu barədə məlumat yayıb – YENİLƏNİB
- 30 iyul, 2026
- 15:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Qara dənizdəki Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı ərazisində iki tanker pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
"Report"un yerli bürosunun Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisələr iyulun 30-da baş verib.
"Nissos Sifnos" tankeri hücuma məruz qalıb. Bundan əvvəl CPC PUA hücumu təhlükəsi səbəbindən yükləməni əvvəlcədən dayandırmışdı.
Bundan əlavə, PUA "Marathi" tankerinə də hücum edib. Gəmi CPC terminalından 6–7 dəniz mili məsafəsində olub.
Heyət üzvləri arasında xəsarət alan yoxdur. Baş verən yanğın CPC-in üç yedək gəmisinin köməkliyi ilə söndürülüb.
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalı yaxınlığında iki tankerə hücum edib.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Terminalda neftin yüklənməsi dayandırılıb, neft kəmərinin obyektləri normal rejimdə işləyir.
CPC və podratçı təşkilatların əməkdaşları arasında xəsarət alan və ölən yoxdur.
Bundan əlavə, əvvəlki Ukrayna hücumundan sonra iyulun 27-də CPC tankerlərə neftin nəqlini bərpa etmişdi. Qazaxıstanın neft ixracının 80 %-dən çoxu bu marşrutun payına düşür.