Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı olub
Region
- 05 iyul, 2019
- 10:28
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
Nikol Paşinyan bildirib ki, son zamanlar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçıları ilə telefon danışığı olub.
Onun yazdığına görə, tərəflər Avrasiya İqtisadi İttifaqı Ali İqtisadi Şurasının oktyabrın 1-də Yerevanda keçiriləcək iclası ilə bağlı məsələni müzakirə ediblər: “Əlbəttə, keçirdiyim bütün danışıqlarda ikitərəfli münasibətlərə toxunmuşuq”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Yerevana səfər edəcəyi barədə xəbərlər yayılıb.
Son xəbərlər
06:54
"SpaceX" mühərrik probleminə görə "Starship"in buraxılışını son dəqiqədə ləğv edib
İKT06:26
ABŞ İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB
Digər ölkələr06:04
İran ABŞ-nin Bəhreyndəki bazasına zərbələr endirib
Region05:41
Türkiyədə 89 qanunsuz miqrant saxlanılıb
Region05:19
"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3
Region05:09
"Mehr": ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib
Region04:38
Senat Rusiyanın enerji daşıyıcılarının alıcıları üçün rüsumlar barədə layihəni dəstəkləyəcək
Digər ölkələr04:17
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Digər ölkələr03:47