Putin: "Rusiya gəmiləri Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib" - VİDEO
- 07 oktyabr, 2015
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiyanın hərbi döyüş gəmiləri Xəzər dənizi akvatoriyasından Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib.
"Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.
Minister of Foreign Affairs of Azerbaijan @Bayramov_Jeyhun was received by the President of Georgia, H.E. Mikheil Kavelashvili @GeoPresident_, as part of his official visit to Georgia.
— MFA Azerbaijan (@AzerbaijanMFA) July 22, 2025
During the meeting, the sides reaffirmed the strategic partnership and close friendship… pic.twitter.com/dXHNmYsrME