Ukrayna Başqırdıstana 21 PUA ilə zərbə endirib, xəsarət alanlar var - YENİLƏNİB

Region
  • 13 avqust, 2026
  • 11:17
Ukrayna Başqırdıstana 21 PUA ilə zərbə endirib, xəsarət alanlar var - YENİLƏNİB

Başqırdıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Başqırdıstana 21 pilotsuz uçuş aparatı ilə zərbə endirib, onlardan 16-sı Salavatda vurulub. Zərbənin hədəfi Ufadan 40 km məsafədə yerləşən Çişmi rayonundakı logistika mərkəzi olub. Hazırda obyektdə yanğın söndürülür. Bu prosesə "Ka-32" yanğınsöndürmə-xilasetmə helikopteri də cəlb edilib.

Başqırdıstanda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edir, PUA-lardan birinin qalıqları Salavat sənaye zonasına düşüb, yanğın başlayıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov bildirib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Bütün Başqırdıstan ərazisində PUA təhlükəsi rejimi elan edilib.

"Rosaviasiya"dan verilən məlumata görə, dron hücumu fonunda Ufa hava limanında reyslərin qəbulu və yola salınması dayandırılıb.