Bakı Olimpiya Stadionunda "Sabah"ın "Borussiya" ilə oyunöncəsi açıq məşqi baş tutub

Futbol
  • 19 oktyabr, 2026
  • 20:36
Bakı Olimpiya Stadionunda Sabahın Borussiya ilə oyunöncəsi açıq məşqi baş tutub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.

"Report"un məlumatına görə, Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.