"Press TV": İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşması yalandır
- 29 sentyabr, 2026
- 00:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın nüvə proqramından imtina, uranın zənginləşdirilməsini dayandırmağa razılaşması yalandır.
"Report" xəbər verir ki, bu barədə "Press TV"yə adı açıqlanmayan İran rəsmisi bildirib.
"İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır", - mənbə deyib.
Rəsmi bildirib ki, ABŞ hökuməti Hörmüz boğazında "ilişib qalıb" və diqqəti problemdən yayındırmaq üçün nüvə məsələsini gündəmə gətirir.
Xatırladaq ki, ABŞ nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazır olduğunu açıqlayıb. "Al Hadath" telekanalının məlumatına görə isə, ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.