Poznerin qaldığı ikinci hotel yumurta atəşinə tutuldu - FOTO

Region
  • 31 mart, 2021
  • 20:55
Poznerin qaldığı ikinci hotel yumurta atəşinə tutuldu - FOTO

Gürcüstanın paytaxtı Tbilisiyə gələn Vladimir Pozner və qonaqları başqa hotelə yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, rusiyalı telejurnalistin səfərinə etiraz edənlər həmin mehmanxananın qarşısında toplaşıblar və binanın qapı-pəncərələrini yumurta atəşinə tutublar.

Aksiyaçılar V.Poznerin Gürcüstanda olmasına qarşı gecə boyu etiraz edəcəklərini bildiriblər.

Batumi şəhərində də rusiyalı jurnalistin səfərinə etiraz məqsədilə Avropa Meydanında aksiya keçirilir.

44 filmi