Polşa Seyminin vitse-spikeri Saakaşvili ilə görüşə bilməyib

Region
  • 07 noyabr, 2022
  • 01:19
Polşa Seyminin vitse-spikeri Saakaşvili ilə görüşə bilməyib
Mixeil Saakaşvili

Polşa Seyminin sədr müavini Maqojeta Qoşevska Tbilisiyə səfəri zamanı həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə görüşə icazə ala bilməyib.

“Report” xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Siyasətçinin fikrincə, Gürcüstanın keçmiş dövlət başçısının ətrafında yaranmış vəziyyət ölkənin xeyrinə işləmir:

“Onun hansı vəziyyətdə olduğunu görməyə icazə vermədilər. Ölkə prezidentinin və ən böyük müxalifət telekanallarından birinin direktorunun həbsdə olmasının özü bu ölkənin xeyrinə danışmır”.

Saakaşvili ilə artıq ikinci dəfə görüşə bilmədiyini vurğulayan Qoşevskaya bildirib ki, Gürcüstan hakimiyyəti bu qərarı onun siyasətçinin qohumu və ya parlamentin nümayəndəsi olmaması ilə izah edib.