"Politico": Ursula fon der Lyayen gələn həftə Ermənistana səfər edəcək

Region
  • 23 iyun, 2026
  • 15:39
Politico: Ursula fon der Lyayen gələn həftə Ermənistana səfər edəcək
Ursula fon der Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Ermənistana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "Politico" üç mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Aİ nümayəndə heyətinin tərkibinə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos da daxil olacaq.

Nəşrin həmsöhbətləri qeyd edib ki, səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının iyun ayında keçirilən parlament seçkilərində qələbə qazanmasından sonra ona dəstək nümayiş etdirmək məqsədi daşıyır:

"Biz görürük ki, ölkə Rusiya tərəfindən güclü və daimi təzyiq altındadır. Bu səfər artıq göstərilmiş konkret yardımı tamamlayan güclü bir dəstək siqnalı olacaq".

Xatırladaq ki, Ursula fon der Lyayen Ermənistana sonuncu dəfə 2026-cı ilin may ayında səfər edib.