Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahını ziyarət edib

Region
  • 22 may, 2024
  • 11:43
Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahını ziyarət edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahında olub.

“Report”un Rusiya bürosunun məlumatına görə, azərbaycanlı diplomat İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.