Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB

Region
  • 22 iyun, 2026
  • 18:35
Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB

Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İran Prezidenti Məsud Pezeşkian 23 iyun 2026-cı il tarixində Pakistana dövlət səfəri edəcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Pezeşkianı nazirlər və digər yüksək rütbəli rəsmilərin də daxil olduğu yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edəcək", - XİN-in məlumatında bildirilib.

Səfər zamanı M. Pezeşkianın Ş. Şəriflə danışıqlar aparacağı qeyd olunub. Pezeşkianın Pakistana sayca ikinci səfərində əsas müzakirə mövzusu ABŞ ilə İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra davam edən diplomatik təmaslar, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq proseslər olacaq:

"Səfər əsnasında tərəflər ikitərəfli əlaqələrin tam spektrini nəzərdən keçirəcək və ticarət, enerji, sərhəd təhlükəsizliyi və regional əlaqələr daxil olmaqla, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da dərinləşdirmək üçün yeni yolları araşdıracaqlar".

İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Prezident Aparatının İctimaiyyətlə əlaqələr departamentinin direktoru Həbibə Abbasiyə istinadən məlumat yayıb.

"Səfər sabah baş tutacaq və bir günlük olacağı ehtimal olunur", - o bildirib.